İnsanlara hürriyət, millətlərə istiqlal!

Liftdə köməksiz qalan şəxs xilas edildi - VİDEO

419 04.02.2024 20:30 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən onmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən onmərtəbəli yaşayış binasının lifti yeddinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR