Xəbər verdiyimiz kimi, fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə keçirilən Qəbələ "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Musavat.com bildirir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.
O, festivalla bağlı sosial media hesabında paylaşım edib.
Sözügedən paylaşımı təqdim edirik:
Xalidə Gəray
Musavat.com






