İnsanlara hürriyət, millətlərə istiqlal!

Leonid Aqutin xəstəxanaya yerləşdirilib

669 10.12.2023 21:14 Son xəbər A A

Rusiyalı məşhur Leonid Aqutin xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, 55 yaşlı sənətçi şouya qatılmalı imiş, amma ayağındakı şiddətli ağrılar başlayıb. "Mash" teleqram kanalının məlumatına görə, müğənniyə dərin damar trombozu diaqnozu qoyulub və ona uzunmüddətli dərman müalicəsi təyin edilib.

Leonid səhhəti ilə bağlı sosial şəbəkə izləyicilərinə məlumat verib. O, diaqnozu təsdiqləyib, lakin xəstəliyin dərmanla müalicə olunmayacağını bildirib. Leonid əlavə edib ki, təcili əməliyyat olunmalıdır.

"Dünən konsertdən əvvəl ağrılara görə xəstəxanaya gəldim. Düz yeriyə bilmirdim. Fikirləşdim ki, bu, burxulmadır. Ultrasəs etdilər, dolaşan qan laxtası aşkar etdilər və məni təcili əməliyyata göndərdilər. Hər şey yaxşı keçdi. İndi xəstəxanadayam" deyə, Leonid xəstəxana otağından yayımladığı fotosuna yazıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR