İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan Ermənistanla bağlı AÇIQLAMA: Anti-Rusiya əhval-ruhiyyəsi...

1272 12.10.2023 14:16 Region A A

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi süni şəkildə Qərbin maraqlarını təbliğ edən qeyri-hökumət təşkilatları vasitəsilə aşılanır.

Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, son illər Ermənistanda çoxlu sayda qeyri-hökumət təşkilatları yaradılıb.

"Bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Tam əksinə, onlar burada anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmağa və Ermənistan vasitəsilə ABŞ, Avropa İttifaqı və NATO ölkələrinin regiondakı maraqlarının təşviqinə yönəlib", - deyə Lavrov vurğulayıb.

Rusiya XİN başçısının sözlərinə görə, Qərbin Ermənistanı Rusiyaya qarşı yönəltmək cəhdləri müəyyən nəticələr verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR