İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Rusiyanın dollara qarşı mübarizəsindən danışdı: 90 faiz…

1209 23.02.2024 00:50 Dünya A A

Rusiya əsas ticarət tərəfdaşları ilə ticarət əməliyyatlarının 90 faizini milli valyutalarda həyata keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirlərinin “Qlobal idarəetmə sistemində islahatlar” mövzusunda keçirilən görüşündə məlumat açıqlayıb.

Onun sözlərinə görə, bu, “dolların və digər Qərb valyutalarının rəqiblərə qarşı silaha çevrilməsinə cavabdır”.

Lavrov bildirib ki, qlobal iqtisadi idarəetmə sisteminin demokratikləşməsi həm də ilkin olaraq konsensusa və qarşılıqlı faydaya yönəlmiş yeni strukturlar tələb edir: "Bu gün biz bu cür assosiasiyaların gücləndirilməsində müsbət dinamika görürük. Bunlara BRİKS, ŞƏT, ASEAN, Afrika İttifaqı, Ərəb Liqası, SELAC və Aİİ daxildir”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR