İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov "ikiüzlüsünüz?" sualına BELƏ CAVAB VERDİ: "Gizlətməmişik..."

8774 11.12.2023 17:52 Dünya A A

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərdə keçirilən Doha Forumunda videokonfrans vasitəsilə iştirak edib. İsrail - HƏMAS müharibəsi ilə bağlı açıqlamalar verib.

Lavrov bildirib ki, fələstinlilərin İsrail tərəfindən kollektiv şəkildə cəzalandırılması qəbuledilməzdir.

Musavat.com xəbər verir ki, XİN başçısına Rusiyanın İsrail-Fələstin münaqişəsinə ikiüzlü münasibəti olub-olmaması ilə bağlı sual ünvanlanıb.

Sualı cavablandıran Lavrov deyib:

“Bu, sizin ixtiyarınızdadır. Mən ikiüzlü olduğumu və ya Rusiyanın belə bir şey etdiyini düşünmürəm. Biz heç vaxt Çeçenistanda silahlı fəaliyyətin necə aparıldığını gizlətməmişik. BMT-nin Suriyadakı nümayəndəliyi ilə qanuni hökumətin tələbi əsasında etdiyimizi heç vaxt gizlətməmişik. Rusiya xüsusilə ABŞ-ın İraqa müdaxiləsi nəticəsində ortaya çıxan terror təşkilatlarına qarşı mübarizə aparıb və biz terrorla mübarizəmizi davam etdirəcəyik”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR