İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Ermənistanı KTMT-yə üzvlüklə bağlı yekun qərarı verməyə çağırıb

603 02.03.2024 18:40 Dünya A A

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı yekun qərarını açıqlamasını gözləyir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Son qərarın nə olacağını gözləyirik. Deyirlər, biz KTMT-də üzvlüyümüzü de-fakto donduracağıq, amma istəsək, de-yure dondurarıq, de-yure gedərik”, - diplomat mətbuat konfransında deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, İrəvanın bu mövqeyi “çox cəlbedici deyil” və buna görə də Rusiya Federasiyası Ermənistanın “müxtəlif inteqrasiya şəraitində qarşılıqlı əsasda yaşamaq və razılaşmaları necə həyata keçirmək istəyir” qərarını verməsini istərdi”.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan izah edib ki, ölkənin KTMT-də iştirakının faktiki olaraq dondurub, bu strukturda ölkənin daimi nümayəndəsi yoxdur, eləcə də Ermənistan yüksək səviyyəli tədbirlərdə iştirakdan imtina edir. Siyasətçinin sözlərinə görə. KTMT-nin Ermənistanla bağlı bir sıra bəndləri tam yerinə yetirilməyib. Xüsusilə, söhbət 2021-2022-ci illərdən gedir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR