İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Borrell və Blinkeni qorxaq adlandırıb

617 01.12.2023 15:17 Dünya A A

“Avropa diplomatiyasının rəhbəri Josep Borrell və ABŞ dövlət katibi Entoni Blinken sadəcə olaraq əllərində faktlarla hər hansı söhbətdən qaçan qorxaqlardır”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov adlarını çəkdiyi şəxslərin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasından qaçmasını belə şərh edib.

“Yəqin ki, onlar bununla Rusiyanı təcrid etmək niyyətlərini vurğuladıqlarına inanırlar. Amma mən hesab edirəm ki, onlar sadəcə qorxaqdırlar, əllərində faktlarla hər hansı səmimi söhbətdən qorxurlar”, - diplomat bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR