İnsanlara hürriyət, millətlərə istiqlal!

Laricani yaxın saatlarda xalqa MÜRACİƏT EDƏCƏK - Gözlər TEHRANDA

2032 07.03.2026 22:11 Son xəbər A A

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani yaxın saatlarda televiziya vasitəsilə ölkə vətəndaşlarına müraciət edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Rəsmi məlumatlara görə, Laricaninin bu video çıxışı rəsmi televiziya kanalları vasitəsilə yayımlanacaq.

Müraciətdə Laricaninin hansı mövzulara toxunacağı hələlik açıqlanmayıb.

Son məlumatlara görə, İranın Ekspertlər Şurası ölkənin yeni ali rəhbərinin təyinatı ilə bağlı müzakirələr aparmaq üçün 24 saat ərzində iclas keçirəcək.

Bu barədə "Fars" agentliyi şuranın üzvü, ayətullah Hüseyn Müzəffərinin sözlərinə istinadən məlumat yayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR