İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçını tərk edən ermənilərin evlərə donuz qanı sürtməyinə Hacı Surxaydan MÜNASİBƏT

1253 25.08.2022 19:08 Gündəm A A

"Artıq tarixlər boyu haqla batilin savaşı olub. İslam tarixinin fəlsəfəsinə görə haqq qələbə çalır. 44 günlük Vətən müharibəsində 30 il erməni tapdağında qalan torpaqlarımızda haqq-ədalət öz yerini tapdı".

Musavat.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib.

"Ali Baş Komandanın və ordumuzun səfərbərliyi nəticəsində artıq öz torpağımızdan erməni vandallarını çıxardıq. Hər bir xalq öz torpağını müdafiə edirsə, orda mütləq şəhid verməlidir. 30 il bizim işğal altında olan torpaqlarımızdakı məscidlərdə donuzların saxlanılması və Allahın bəyənmədiyi heyvanların Allahın evinə buraxılması vandallığın təzahürü idi. Bu, erməni cinayətkarlarının cinayəti idi. Şükürlər olsun ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tam azad etdi. Amma buna baxmayaraq, düşmənlərin torpaqlarımızda hələ də gözü var. O ki qaldı ermənilərin Laçını tərk edərkən donuz qanını evlərə sürtməyinə, ermənilər bir daha öz murdar hərəkətlərini ortaya qoydular. Onlar buna nail ola bilməyəcəklər. Bizim müdrik rəhbərimiz siyasət meydanında öz sözünü deyib. Bu gün təbii ki, Azərbaycanda kilsələr, xristianlığa məxsus olan məbədlər müqəddəs abidələr kimi qorunur", - deyə Surxay Məmmədli qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR