İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın postunun “ləğvi” ilə bağlı ŞOK AÇIQLAMA: “Nöqsanlardan sonra...”

34180 04.05.2023 18:26 Qarabağ xəbərləri A A

“Aleksandr Lentsov Rusiya sülhməramlılarının 5-ci komandanıdır. Lakin o komandanlardan bir neçəsi Bakıya səfər etməyib. Yalnız separatçılarla görüşlər keçirib, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri ilə təmaslarda olub və bir sıra qərəzli bəyanatlar, fikirlər söyləyib”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

ilyas.jpg (91 KB)

Politoloqun sözlərinə görə, Lentsov Bakıya gəlməklə həm də Azərbaycan dövlətinin Həkəri çayı üzərində təsis etdiyi buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri müzakirə etmək niyyətindədir:

“Aydındır ki, Rusiya tərəfi nəzarət-buraxılış məntəqəsinin ya tamamilə ləğvini istəyir, ya da Azərbaycan sərhədçiləri ilə birgə bu fəaliyyəti nizamlamaq məqsədi güdür. Bu, Azərbaycanın daxili işidir, söhbət Azərbaycan sərhədlərindən gedir. Sərhədçilərimiz çox etibarlı şəkildə öz vəzifə öhdəliklərini yerinə yetirirlər.

Digər tərəfdən, ötən dövr ərzində məhz Laçın yolu vasitəsilə əraziyə silah-sursat, texnika, mina, canlı qüvvə daşınıb. Silahlı qüvvələrin şəxsi heyəti rotasiya olunub və burada xüsusilə Ermənistan silahlı qüvvələrindən söhbət gedir. Eyni zamanda Laçın yolu üzərində ekoloji aksiyanın davam etməsi fonunda biz alternativ yollardan istifadə edilməklə əraziyə silah daşınması prosesinin davamını görmüşük. Rusiya sülhməramlıları da bu prosesin tərkib hissəsinə çevrilmişdilər. Bütün bunlar tərəfimizdən diqqətlə izlənilirdi, tirajlanırdı, təhlillər aparılırdı, mülahizələr irəli sürülürdü. Bütün fikirlər bundan ibarət idi ki, Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsinin qurulmasına böyük ehtiyac var və təhlükəsizlik səbəbindən bunu etmək zəruridir”.

Politoloq vurğulayıb ki, nəzarət-buraxılış məntəqəsini böyük qürurla təsis etdikdən sonra onu ləğv etmək və ya Rusiyanı prosesə iştirakçı qismində cəlb etmək Azərbaycana qarşı buraxılan nöqsanlardan sonra doğru olmazdı:

“Digər tərəfdən, bu, Azərbaycanın suveren hüququdur. Burada Azərbaycana təzyiq, təhdid yolverilməzdir və təbii ki, qəbul olunmayacaq. Aydındır ki, Rusiyanın Cənubi Qafqazda öz maraqları var. Amma bu maraqlar Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etməməlidir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR