İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kurtlar vadisi”nin aktyoru infarkt keçirdi: Vəziyyəti ağırdır - FOTO

1337 23.11.2023 04:14 Şou-biznes A A

Türkiyənin məşhur “Kurtlar vadisi” serialında Cerrahpaşalı Hüseyn obrazını canlandıran Engin Duru infarkt keçirib.

Bu barədə ölüm və xəstəlik xəbərlərinə görə “Fəlakət tellalı” ləqəbi ilə məşhurlaşan vokal sənətçisi və şou-biznes müxbiri Onur Akay məlumat verib.

Onur Akay Engin Durunun həyat mübarizəsi verdiyini bildirib.

“İnfarkt keçirən Engin Duru xəstəxanaya yerləşdirilib. 60 yaşlı oyunçumuz təəssüf ki, intubasiya olunub və həyat uğrunda mübarizə aparır. Ona tez bir zamanda şəfa diləyirəm və sizdə də dualarınızı əsirgəməməyi xahiş edirəm”, - deyə o vurğulayıb.

Engin Duru 1963-cü ildə Eskişehirdə anadan olub. “Kaygısızlar” və “Karışık pizza” kimi layihələrdə rol alıb. Həmçinin son illərdə karyerasını “Kurtlar vadisi”, “Türkler çıldırmış olmalı” və “Abuzer Kadayıf” filmləri ilə davam etdirib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR