İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kurtlar Vadisi”ndə adı keçən “Qırmızı kitab”a görə HƏRƏKƏTƏ KEÇİLDİ

1484 28.02.2024 15:43 Siyasət A A

Türkiyənin “gizli konstitusiyası” kimi xarakterizə edilən və ictimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi üçün tədbirlər görülür.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi üçün hərəkətə keçib.

Əldə edilən məlumata görə, məxfiliyinə görə “Qırmızı kitab” kimi də tanınan sənədin yenilənməsi ilə bağlı nazirliklərdən və aidiyyəti qurumlardan rəylər alınmağa başlanıb.

Araşdırmalardan sonra məsələnin aprelin əvvəlində prezident Ərdoğanın sədrliyi ilə keçirilməsi planlaşdırılan Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcəyi gözlənilir.

Dövlətin daxili və xarici təhlükə kimi gördüyü faktorları maddə-maddə özündə əks etdirən “Qırmızı kitab” Milli Təhlükəsizlik Şurasının iclaslarında təhdid dəyişikliklərinə uyğun olaraq vaxtaşırı yenilənir.

Sənəd sonuncu dəfə Milli Təhlükəsizlik Şurasının 2019-cu il 30 sentyabr tarixli iclasında müzakirə edilib.

mgk-aa-2192981_1.jpg (58 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR