İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuleba: “Ukrayna ağ bayraq qaldırmayacaq”

604 10.03.2024 23:42 Dünya A A

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Roma Papası Fransiskin ağ bayraq qaldırmaq təklifini şərh edərkən bildirib ki, Kiyev bu addımı atmayacaq.

Musavat.com xəbər verir ki, ukraynalı nazir bunu “X” sosial şəbəkəsində yazıb.

“Bayrağımızın rəngi mavi və sarıdan ibarətdir. Onun altında yaşayır, ölür və qalib gəlirik. Biz başqa bayraqları qaldırmayacağıq”, - deyə Kuleba bildirib.

Ukraynanın baş diplomatı sülh üçün etdiyi dualara görə Papaya minnətdarlığını bildirib və onu Ukrayna xalqını dəstəkləməyə çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR