İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçədə qadınları qucaqlayan polis cəzalandırıldı - VİDEO

2083 18.10.2023 16:05 Region A A
Rusiyanın Kemerovo vilayətində bir nəfər polis forması geyinərək yoldan keçənlərin əhval-ruhiyyəsini qaldırmaq üçün onları qucaqlayıb. Lakin hadisə kədərli sonluqla bitib.

Qeyd olunub ki, 23 yaşlı oğlan Belovo şəhərindən olan həmyerlilərini sevindirmək qərarına gəlib. O, polis formasını geyinib küçəyə çıxıb, yoldan keçənlərə kompliment deyib və onları qucaqlamaqla sevindirmək istəyib.

Düzdür, "asayiş keşikçisi"nin bu hərəkətini hamı bəyənməyib. Çünki Belovo sakinlərinin bəziləri heç vaxt mehriban polis məmuru görməyiblər. Ona görə də hətta əvvəlcə xeyirxah "polis"dən qorxbular.

Az sonra isə əsl polis "yaxşı adam"ı saxlayıb. Həmin şəxs polis bölməsinə aparılıb və orada etiraf videosu çəkilib.

"Mən söz verirəm ki, bir daha belə davranmayacağam" deyə o etiraf edib.

O, iki maddə ilə - xırda xuliqanlıq və qeyri-qanuni forma geyinməyə görə cərimələnib. Oğlan deyib ki, bu ona dərs oldu. O, daha heç kimi qucaqlamayacaq.//Bakupost.az
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR