İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT baş katibindən Ermənistan AÇIQLAMASI 

589 21.06.2024 12:47 Dünya A A

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın strukturda statusunu rəsmən aydınlaşdıracağını gözləyir”.

Musavat.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi situasiyaya aydınlıq gətirəcək və təşkilatın tərkibində olub-olmamaq barədə rəsmi qərara gələcək”, - Tasmaqambetov bildirib.

Qeyd edək ki, həmin iclasda Ermənistan nümayəndəsi iştirak etmir.

Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyan dəfələrlə Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu bildirib. Bu arada, Tasmaqambetovun sözlərinə görə, KTMT Ermənistan qarşısında bütün öhdəliklərini özündə saxlayır, ölkə təşkilatın müttəfiqi olaraq qalır.

“Ermənistan KTMT-də bizim müttəfiqimiz olub və bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır. Amma təşkilata üzvlük məsələsi ölkənin suveren hüququ və qərarıdır”, - deyə KTMT rəsmisi söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR