İnsanlara hürriyət, millətlərə istiqlal!

Kseniya Sobçak həbs oluna bilər

1115 03.10.2022 14:54 Region A A

Rusiyada ictimai fəal və jurnalist Kseniya Sobçaka qarşı cinayət işi qaldırıla bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, polis jurnalistlə bağlı cinayət işinin başlanması üçün materialları İstintaq Komitəsinə göndərib.

TASS agentliyinin hüquq-mühafizə orqanlarındakı qaynaqlarının bildirdiyinə görə, jurnalistin “festivalların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı” yaydığı xəbər Rusiya hökuməti tərəfindən Cinayət Məcəlləsinin 207.3-cü maddəsində (Rusiya Federasiyasının Silahlı Qüvvələri, Rusiya Federasiyasının dövlət orqanlarının öz səlahiyyətlərini həyata keçirməsi ilə əlaqədar qəsdən yalan məlumatların yayılması - red.) nəzərdə tutulmuş hərəkət kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, bu yaxınlarda rejissor Vitali Manski Kseniya Sobçakın “YouTube” kanalında verdiyi müsahibəsində Moskva Beynəlxalq Film Festivalı üçün büdcədən ayrılan pulun ən azı 85 faizinin oğurlandığını söyləmişdi. Rejissora da eyni maddə üzrə cinayət işi açılıb.

Jurnalist hələ ki, bu işdə şahid qismində iştirak edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR