İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin himayə etdiyi iki Simonyan – Ərköyünlərin “triumf”u

3898 16.04.2022 16:06 Yazarlar A A

Bu günlərdə İnternet resurslarında rusiyalı jurnalist Vladimir Solovyovun apardığı tok-şouda iştirak edən Marqarita Simonyanın (“Sputnik” agentliyinin rəhbəri) çıxışından bir fraqment yayılmışdı.

Kremlin odioz propoqondistlərindən biri, hətta birinci olan Simonyan Çindən nümunə götürərək, Rusiyada sərt senzuranın tətbiq olunmasını məqsədəuyğun saydığını bildirirdi.

Onun sözlərinə görə, 1917-ci və 1987-ci illərdə Rusiya və SSRİ-də senzuranın ləğvi hər iki halda ölkənin (yəni rus imperiyasının) dağılması ilə nəticələndiyi üçün mətbuat azad olmamalıdır, eynilə Çindəki kimi olmalıdır.

Bu fikirlərdə təəccüblü bir şey yoxdur. Hələ 30 yaşı olanda Kremlin əsas təbliğat ruporlarından birinin başına keçən Simonyan artıq illərdir ki, bütün Avropada (eləcə də ABŞ-dan İngiltərə, Kanada və Avstraliyaya qədər böyük bir arealda) obyektiv və azad jurnalist kimi qəbul edilmir, əsasən anti-demokratik biri, avtoritar liderin təbliğatçısı kimi tanınır.

3456.png (961 KB)

Onun avtortarizm dəstəkçisindən irəlləyərək totalitarizm təbliğatçısı olması bütün dünyada anlayışla qarşılanır. Simonyandan belə bir hərəkət çoxdan gözlənilirdi. Zarafat deyil, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 2017-ci ilin yanvarında hazırladığı hesabatda bu qadının adı 29 dəfə çəkilib – onu və rəhbərlik etdiyi informasiya agentliyini, eləcə də çalışdığı RTR telekanalını 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə və “propoqanda maşını” olmaqda suçlayıblar.

İndi işə baxın, Rusiyada media üzərində sərt senzura istəyən, müstəqil informasiya yayıcılarının, başqa ölkələrə məxsus media qurumlarının fəaliyyətini yasaqlamağı məqsədəuyğun sayan bir adam özü Avropada, ABŞ-da, postsovet ölkələrində gecə-gündüz təbliğat ruporu kimi işləyən media quruluşlarına rəhbərlik edir və hər gün dünyaya çirkab və qərəz dolu təbliğat materialları, feyk xəbərlər üfürür.

marqarita-simonyan-1068x600.png (673 KB)

Belə çıxır ki, Simonyanın ölkəsi bütün dünyada sərbəst şəkildə istədiyi kimi təbliğar apara bilər, amma heç bir ölkə Rusiyanın daxilinə nüfuz edə, adi müstəqil xəbər yaya bilməz. Belə bir standart harada, hansı zamanda görünüb?

Bu cür antidemokratik çıxışlara görədir ki, artıq dünyanın əksər demokratik ölkələrində Simonyana qarşı fərdi sanksiyalar tətbiq edilib. O, indi bütün Avropada “arzuolunmaz şəxs”dir.

Bir neçə gün öncə, Simonyan Xankəndidəki “Baba və nənə” abidəsinin qarşısına rus bayrağının rəngləri ilə cızılmış nəhəng Z işarəsinin şəkli paylaşaraq “Qarabağ Rusiyadır” yazıb və bununla da ölkəmizə qarşı ərazi iddiası sürməklə, rəhbərlik etdiyi “Sputnik” agentliyinin Azərbaycan hüdudlarında fəaliyyət göstərməsini mənəvi, siyasi və hüquqi baxımdan sual altına qoyub.

Cahil qadın anlamır ki, onun bu cür faşist düşüncələri nə Ermənistan, nə də Qarabağ ermənilərinin mənafeyinə uyğun deyil. Zatən, 2018-ci ildən bəri Qərbə sıyılmış ermənilər məcburiyyət üzündən açıq şəkildə aqressor Rusiyanın yanında yer almaqla Qərbin gözündə özlərini naqolay vəziyyətə qoyublar. Belə paylaşımlar isə Avropadan mədət uman Ermənistana etimadsızlığı daha da artırır.

Onu da deyək ki, hələ 2020-ci ilin yayında Ermənistan dövlətinin Qərbmeylli siyasət yeritməsinə görə hazırkı rəhbərliyi söyüb-yamanlayan Simonyan mənsub olduğu xalqdan çox, ona böyük mənsəb və sərvət bəxş etmiş dövlətin – Rusiyanın tərəfini tutur. O, seçim anında “doğma, əziz erməni xalqı”nı bir qaşıq suda boğmağa hazır birisidir.

Bəlkə də bu qadının Rusiyaya biət etməyən bütün ölkə və xalqlara müntəzəm şəkildə öd qusması, hikkə və nifrətlə danışması səhhətindəki problemlərlə (onun şiddətli bel və döş qəfəsi ağrıları var) bağlıdır. Ancaq bu, o demək deyil ki, daxili qəzəbini üzünə çıxaran bir rəsmi təbliğatçı müstəqil dövlətlərə qarşı istədiyi kimi davrana, onların ərazisini öz bildiyi kimi kəsib, başqa dövlətlərə pay-bölüş edə bilər. Hələ 2016-cı ildə bu qadının Ukraynaya qarşı hərzə-hədyanlar söyləməsi prezident Petro Poroşenkonun ona qarşı sanksiya tətbiq etməsinə, ölkəyə girişini yasaqlamasına səbəb olub.

Görünür, təkcə “Sputnik”i öz evinə göndərməklə iş bitməməlidir, Simonyan və onun kimiləri də “arzuolunmaz şəxslər” siyahısına salmaq lazımdır ki, həm hədlərini bilsinlər, həm də sərt üzümüzü görsünlər.

Bununla belə, bizə veriləcək rəsmi cavabı indidən bilmək olar: “Marqarita Simonyan Rusiya dövlətinin təmsilçisi deyil və onun iradəsini ifadə etmir”. Xatırladaq ki, son 10 ildə bu başabəla qadının dedikləri üçün cavab verməli olan Kreml sözçüləri adətən belə deyirlər.

***

888.jpg (71 KB)

Bu, Rusiya tarixində iz qoyan ikinci Simonyandır. Birinci Simonyan (Nikita) futbolçu olub. Əsl adı Mkırtıç Poqosoviç olan, sonradan ruslara yarınmaq üçün adını və atasının (!) adını dəyişərək Nikita Pavloviç edən futbolçu ötən əsrin 50-ci illərində SSRİ yığmasının tərkibində Melbrunda keçirilən olimpiadada iştirak edib. SSRİ yığmasının keçirdiyi bütün oyunlarda ehtiyat oyunçular skamyasında oturan Simonyan yalnız final oyununda komandanın lideri və bombardiri Eduard Streltsovun əvəzinə meydana çıxıb, qol vurub.

fe53c9b5871850996274b2365dc7bbdd.jpg (80 KB)

Sonralar üstü açılıb ki, Simonyanın tam formada olan və hər oyunda qol vuran Streltsovun yerinə oyuna çıxmasını o zamanlar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü olan Anastas Mikoyan məşqçi Qavril Kaçalindən israrlı bir şəkildə tələb edib. Nəticədə olimpiadanın qızıl medalını Streltsov yox, Simonyan alıb (o vaxtlar medalı yalnız oyuna çıxanlara verirmişlər – cəmi 11 dənə). Mikoyan isə bir neçə il Kremldəkilərin başını xarab edib ki, gördünüzmü, bizim erməni SSRİ-ni olimpiya çempionu etdi.

5678.JPG (38 KB)

N.Simonyan komanda yoldaşlarının “bu medal Edikin haqqıydı” deyə qımıldanmalardan doğan psixoloji təzyiqin qarşısında qalaraq, qızıl medalı Streltsova təqdim etsə də, qürurlu forvard qəti etirazını bildirib və medalı götürməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR