İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən SON DƏQİQƏ: Əliyev Moskvada görüşə razıdır, Paşinyan isə... – CANLI

1278 06.12.2023 16:00 Son xəbər A A

“Əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər”.

Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib.

“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”, - dövlət başçısı əlavə edib.

Bu arada, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib. H.Axundovun anası Şəlalə Axundova çağırış edib. “Heç nədən xəbərimiz yox idi. Mənə indi yaxınlarım xəbər verdilər. “Telegram”da da oxudum. Jurnalistlər gəlsinlər, çəkiliş etsinlər. Çağırış etmək istəyirəm. Hara gedəcəyimi, nə edəcəyimi bilmirəm... Artıq ürəyim partlayır. Daha bəsdir, balamı gətirin. Prezidentimizdən xahiş edirəm, Hüseyni düşmən əlində buraxmasın. İnanıram ki, dövlətimiz tədbir görəcək. Azərbaycan dövləti bir əsgərini belə düşmən əlində bu günə qədər buraxmayıb, buraxmaz da. Balam düşmən torpağında çürüyəsi deyil. Günahsız yerə görün oğluma nələr edirlər”, - deyə o bildirib. Zaxarova bildirib ki, Fransanın Ermənistana göndərdiyi Bastion hərbi maşınları, vəziyyəti daha da pisləşdirəcək.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun moderatorluğu ilə siyasi şərhçilər - Heydər Oğuz və Elçin Xalidbəyli Cənubi Qafqazı, Ermənistana silah verilməsini, Prezidentin beynəlxalq konfransda mesajlarını, əsir hərbçimizə ömürlük həbs verilməsini müzakirə edirlər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR