İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Ukrayna ilə bağlı bu məsələyə şərh verməkdən İMTİNA ETDİ

1603 09.09.2022 15:57 Region A A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna silahlı qüvvələrinin ölkənin işğal olunmuş ərazilərində əks-hücum əməliyyatı keçirməsi məsələsini şərh etməkdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Xüsusi hərbi əməliyyatın gedişinə gəlincə, bu sualları həmkarım - Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkova ünvanlayın”, - deyə Peskov bildirib.

Dmitri Peskov Rusiya prezidenti administrasiyasının baş verənlərdən narahat olub-olmadığı barədə də suala cavab verməyib və bir daha jurnalistlərə Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Xatırladaq ki, Ukrayna ordusu Rusiya tərəfindən işğal olunmuş ərazilərində əks-hücum əməliyyatına başlayıb.

Ukrayna müdafiə qüvvələri artıq Xarkov və Yujnabujsk istiqamətlərində 700 kvadratkilometrdən çox ərazini geri qaytarıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR