İnsanlara hürriyət, millətlərə istiqlal!

KREDİT GÖTÜRƏRƏK FİLMLƏR İSTEHSAL EDİRİK - FOTO

1357 05.11.2022 03:28 Mədəniyyət A A

Kinoya ayrılan pullar hara xərclənir?

Mədəniyyət Nazirliyinin bəzi işçiləri görülən işlərlə bağlı qarayaxma kampaniyası ilə məşğuldurlar. Bu barədə danışan “SSP Production” şirkətinin rəhbəri Cəlaləddin Qasımov daha sonra:

- Guya dünyada minlərlə festival var və biz pul göndərib diplomlar alırıq. Hansı ki, 2019-cu ildən bu yana filmlərimizin iştirak etdiyi bütün festivallların heç birinə rüsum ödəməmişəm. Bütün sənədləri təqdim edə bilərəm. Sual edirəm, Sizin bəyənmədiyiniz festivallarda qonşu ölkələrin filmləri ilə rastlaşıram. Amma ən çox da Ermənistanın Qarabağla bağlı çəkdiyi filmləri ürək ağrısı ilə seyr edirəm. Dünya ictimaiyətini saxta, yalan məlumatlara inandıraraq, özlərini Qafqazın ən mədəni xalqı kimi göstərirlər. Sual edirəm, kinoya ayrılan pullar hara xərclənir?
“SSP Production” olaraq beş film istehsal etdik, 170 Beynəlxalq festivalda uğur qazandıq. Mədəniyyət Nazirliyinə beş ssenarini müsabiqəyə göndərdik, lakin heç biri keçmədi. Biz daha sonra həmin filmləri özümüz istehsal etdik və 170 mükafat aldıq. Bu mükafatların hamısı filmlərin ssenarisinə görə verildi.

Biz kommersiya məqsədi ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan banklardan kredit götürərək öz hesabımıza aparmışıq. Gördüyümüz bütün işlər haqqında faktlarlı təqdim edə bilərəm.

Çəkdiyimiz filmlərdə dövlətimizin, xalqımızın dəyərlərini dünya ictimaiyyətinə nümayiş etdirmişəm.
Ölkə başçısı cənab İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibəti ilə imzaladığı sərəncama uyğun olaraq, “Şollerin arxivi” filmini çəkdik. Film Alman-Azərbaycan dostluğundan, Azərbaycanın multikultural dəyərlərindən bəhs edir.

Yenə qeyd edirəm, çəkdiyimiz bu filmlərə görə Beynəlxalq Festivallarda 170 mükafat aldıq. Dünya mediasında, jurnallarda, saytlarda filmlərimiz barədə çoxsaylı yazılar yayımlandı. Dünya distribütorları “iPitch.tv”, “Vimeo”, “Amazon” 17 platformasına yerləşdirildi. Bu filmdən sonra dünyanın bir çox ölkələrindən festival təşkilatçıları bizə müraciət etdi.

Filmlər Avropada uğurlar qazandı. Azərbaycan mədəniyyətini dünyaya tanıtmağa çalışdıq. Şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Bütün mükafatlar ssenariyə verildi. Amma son üç ilə yaxındır ki, filmlərin təqdimatı yoxdur. Heç bir televiziya kanallarında nümayiş olunmur. Həmin filmlər sadəcə arxivə gedir. Bilmək istərdim ki, Mədəniyyət Nazirliyinin bu işdə marağı nədir? – deyə, tanınmış rejissor və prodüsser Cəlaləddin Qasımov Mədəniyyət Nazirliyindən şikayətlənib.

55rrff.jpg (52 KB)

Cəlaləddin Qasımov

Rejissor Nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovla görüşdüyünü də vurğulayıb:

- Ondan xahişim oldu ki, müsabiqə obyektiv keçirilsin. “Oskar”a film göndərəndə 17 sənəd istənilir. Amma məndən 50 sənəd istədilər. İki ay işimi-gücümü atıb, sənəd toplamışam. Ürək ağrısı ilə erməni filmləri izləyirəm. Hansı ki, Azərbaycanı dünya ictimaiyyətinə işğalçı və Qafqazın ən yırtıcı xalqı kimi təqdim edirlər. Onlarla mübarizə aparmaq əvəzinə, göndərdiyim ssenariləri bəyənmədilər. Uzun illərdir bu sahədə demək olar ki, ermənilərlə təkbaşına mübarizə aparıram.

Beynəlxaq festivallarda ermənilərin Qarabağla bağlı çəkdiyi saxta filmləri daim ürək ağrısı ilə seyr edib, onlarla mübarizə aparıram. Bununla da Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq işinə gücümüz yetdiyi qədər töhfələr verməyə çalışırıq.

ABŞ Nümayəndələr Palatasının konqresmeni Jimmy Gomez tərəfindən imzalanmış diploma layiq görüldük. Eyni zamanda ABŞ Nümayəndələr Palatasının sponsorluğu ilə keçirilən festivalda qalib olduq, müvafiq jurnalda filmin adı qaliblər arasında çıxdı.

Dünya mediasında, jurnallarda, saytlarda filmlərimiz barədə çoxsaylı yazılar yayınlandı. Dünya distribütorları tərəfindən filmlərimiz 17 platformaya yerləşdirilib.

Tək iyul ayında təqdim etdiyim aşağıdakı festivallarda uğur qazandıq:

- Bolqarıstanın “Qızıl Femi” Film Festivalı. Bu festivalda “Qızıl Femi” mükafatına layiq görüldük. Qeyd edim ki, bu Festival Bolqarıstan dövlətinin vitse-prezidentinin dəstəyi ilə keçirilir.

- Fransanın Kann şəhərində keçirilən “Cannes World” Film Festivalı.

- İngiltərənin “Lift-Off” Film Festivalı.

- Çilinin “Cənub Kino və İncəsənət Akademiyası” Festivalında qalib olduq.

- ABŞ-ın 19-cu Accolade festivalında qalib olduq, qızıl mükafata layiq görüldük.

- Kanadanın Toronto şəhərində keçirilən “Film For Peace” festivalında qızıl mükafata layıq görüldük.
İnternetin axtarış provayderlərində “Cəlaləddin Qasımov”, “Jalaladdin Gasimov” sözlərini yazıb axtarışa versəniz, gördüyüm işlər barədə ətraflı məlumat ala bilərsiniz.

221133e.jpg (113 KB)

111.jpg (133 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR