Beynəlxalq Kosmik Stansiyada (BKS) Rusiyaya məxsus seqmentdə hava sızmasının artması səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.
Musavat.com xəbər verir ki, NASA astronavtlara öz kosmik gəmilərinə keçmək, skafandrlarını geyinmək və mümkün təxliyəyə hazır olmaq göstərişi verib.
Məlumata görə, problem Rusiyanın “Zvezda” xidmət modulunda qeydə alınan hava sızması ilə bağlıdır.
Son günlər sızmanın həcmi artdığından təhlükəsizlik protokolları işə salınıb.
Hazırda NASA və Roskosmos mütəxəssisləri nasazlığın səbəbini araşdırır və təmir işləri aparırlar.
Qeyd edək ki, həmin hissədə hava sızması problemi ilk dəfə bir neçə il əvvəl aşkarlanmışdı və indiyədək tam aradan qaldırılmayıb.
Musavat.com






