İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kosmik fəaliyyət haqqında” qanun layihəsi ilk oxunuşdan keçdi - 1.5 milyard manatlıq gəlir anonsu

363 30.05.2023 12:45 Son xəbər A A

Milli Məclisin iclasında “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə ətraflı məlumat verib. Komitə rəhbəri bildirib ki, Azərbaycanda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:

“Məhz onun böyük səyi nəticəsində 1973-cü ilin 7-13 oktyabr tarixlərində Bakıda Beynəlxalq Astronavtika Federasiyasının XXİV konqresi keçirilmiş, konqresdə 40 dan çox ölkənin 1500 dən çox nümayəndəsi iştirak edib. Bu hadisədən cəmi 1 il sonra 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma konstruktor bürosu” yaradıldı və Azərbaycanda kosmik tədqiqatların aparılmasına başlanıldı. Daha sonra respublikanın bir çox şəhərlərində bu cür müəssisələr yaradıldı”. T.Mirkişili qeyd edib ki, 50 ildən sonra məhs bu il yenidən Bakıda oktyabr ayında Beynəlxalq Astronavtika Federasiyasının konqresi keçiriləcək: “2009-cu ildə Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verildi. Azərbaycan tarixinin önəmli layihələrindən biri olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”a üzv oldu. Bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırdı və “Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrildi. 2015-ci ildən etibarən kosmosa çıxarılanyüksək dəqiqlikli ”Azersky” peyki vasitəsilə ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edildi, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparıldı.

Bundan başqa, Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrinə nəzarət həyata keçirilib. 2020-cü il Vətən müharibəsi zamanı Azərbaycanın peykləri də öz mühüm xidmətlərini göstərib”.

T.Mirkişili bildirib ki, Azərbaycanın üç peyk layihəsinə təxminən 700 milyon manat investisiya yatırılıb: “85 faizi beynəlxalq banklardan cəlb edilən kreditlər hesabına formalaşıb. Gəlirlərinin 90 faizi xarici bazarlardan formalaşır. 2013-cü ildən bu günə “Azərkosmos” 515 milyon manat gəlir əldə edib. Bunun 90 faizi xarici bazarlardan olub. Yəni biz dollar və avro ilə gəlir əldə edirik və ölkəmizə valyuta axınına dəstək veririk”. Peyklərin fəaliyyət müddətləri ərəfəsində ölkəmizə 1.5 milyard manata qədər gəlir gətirəcəyi gözlənilir”.

Komitə sədri bildirdi ki, Azərbaycan peyklərinin 42 ölkədə 182 müştərisi var: “Bu gün peyklərimiz tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur. Hazırda kosmosda 8000-ə yaxın sputnik var, onlar naviqasiya, hava proqnozları, təbiət hadisələri kimi mühüm sahələrdə cəmiyyətə xidmət edirlər. Qeyd etdiyim kimi, Kosmik fəaliyyət dövlət hüquqi şəxsi olan “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” tərəfindən həyata keçirilir. Azərkosmosun kosmik fəaliyyətinin nizamlanması üçün korporativ idarəetmə mexanizmləri kifayət etdiyi halda kosmik sahədə qeyri-dövlət subyektlərinin fəaliyyətinə hüquqi zəmin yaradılması üçün sahəvi münasibətləri tənzimləyən qanunun qəbul olunmasına obyektiv zərurət yaranıb”.

Müzakirələrdən sonra layihə ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR