İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosaçevdən Fransa ilə bağlı BƏDBİN PROQNOZ 

1182 08.07.2024 16:12 Dünya A A

“Parlament seçkilərinin nəticələrindən sonra prezident Emmanuel Makron açıq şəkildə bunu dedi: “Bu nəticələr Fransanı kimin idarə edəcəyini göstərmir””.

Musavat.com xəbər verir ki, bu sözlər Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev tərəfindən yazılıb.

“Görünən odur ki, nə sağ, nə də sol belə idarəçilik üçün mandat aldı və hər şey əvvəlki kimi qalacaq. Amma mahiyyət etibarı ilə Fransanı gözləyən prezident üsul-idarəsinin davamı deyil, hakimiyyətin iflic olmasıdır. Güc baxımından demək olar ki, bərabər olan 3 siyasi qüvvə bir-biri ilə güclü rəqabət aparacaq. Parlamentdəki hər bir səsvermə gözlənilməz olacaq və onun nəticəsi strateji qərarlar deyil, taktiki sövdələşmələr və mübadilələrin nəticəsi olacaq. Beləliklə, bu seçkilərin əsas nəticəsi Makronun indiyə qədər olduğu kimi bütün Fransa xalqı adından danışmaq imkanını itirməsidir. Nəticədə istər regional (Ukrayna böhranı), istər Avropa (Aİ böhranı), istərsə də qlobal (NATO mərkəzli dünyanın böhranı) məsələlərdə Fransanın beynəlxalq lider roluna iddia etmək imkanlarının kəskin azalmasıdır. Makron Fransasının indiyədək təbliğ etdiyi, yumşaq desək, qeyri-konstruktiv gündəmi nəzərə alsaq, dünyanın fərqli liderlərə ehtiyacı var”, - deyə Kosaçev qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR