İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusla bağlı ŞAD XƏBƏR

1743 01.03.2023 03:45 Səhiyyə A A

Süni intellektlə hazırlanmış ilk yeni növ koronavirus (COVID-19) dərmanının insanlar üzərində klinik sınaqlarına başlanılıb.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Honkonqda yerləşən “Insilico Medicine” açıqlama yayıb.

Bildirilib ki, ISM3312 terapevtik məhsulunun preklinik tədqiqatlarda viral yükü və ağciyərlərdə iltihabı “əhəmiyyətli dərəcədə azaltdığı” aşkar edilib.

Kanadalı alim Aleks Javoronkov açıqlamasında təsisçisi və top-meneceri olduğu şirkətin tibb sahəsində süni intellektlə işlədiyini bildirib. O, İSM3312 terapevtik məhsulunun insanlar üzərində klinik sınaqlarının Çində başlayacağını deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR