İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirus bizi xəstəxanaya salacaq? - Tanınmış infeksionist AÇIQLADI

2708 15.10.2022 21:20 Səhiyyə A A

Koronavirus pandemiyası başladığı gündən xeyli can aldı. Bir çox insan ağır xəstəlik keçirdikdən sonra güc-bəla ilə sağaldı. Hətta bəzi insanlarda qalıcı problemlər yarandı.  Ancaq bu ilin yayından bəri bu xəstəlik əvvəlki kimi insanlarda həyacan, qorxu yaratmır. 

Ancaq məlumdur ki, virus adətən özünü soyuq aylarda daha təsirli göstərir. Bu payız isə hələ ki qorxulu vəziyyətin şahidi olmuruq. 

Bəs irəliləyən günlərdə bizi nə gözləyir, təhlükə sovuşub deyə bilərikmi?

Tanınmış infeksionist Vasif Əliyev Modern.az-a açıqlamasında təhlükəli vəziyyətin sovuşduğunu bildirib. Onun sözlərinə görə, hazırda yoluxmada ciddi eniş var. Virusa ağır şəkildə yoluxanlar isə demək olar ki, yoxdur:

1665830415_16063947715733338131_1000x669.jpg (219 KB)

“Koronavirus artıq qripıbənzər siptomlarla müşahidə olunduğu üçün xəstəxanaya müraciət etmədən sağalma mümkündür. Beləliklə, ciddi təhlükənin olacağını düşünmürəm. Biz yenə də diqqətli olmalıyıq. Unutmamalıyıq ki, bu virusun yenidən təhlükəli hal alıb-almayacağı məlum deyil”. 

V.Əliyev vurğulayıb ki, bu xəstəlik artıq öz aktuallığını itirir:

“Hazırkı durumu nəzərə alaraq təhlükə sovuşub deyə bilərik. İlin sonuna qədər təhlükəli vəziyyət olmayacaq. Zaman keçdikcə xəstəliyin aktuallığı daha da azalacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR