İnsanlara hürriyət, millətlərə istiqlal!

“Konsert” əməliyyatı – sovet partizanları müharibədə faşistlərə “konsert” veriblər

4024 12.09.2022 15:30 Yaxın tarix A A

Stalinqrad uğrunda gedən, sovet qoşunlarının qələbəsi ilə sona çatan və II dünya müharibəsinin gedişində dönüş yaradan döyüşlər təxminən altı ay davam edib. Bu əməliyyatlarda almanlarla yanaşı, qırmızı ordu da böyük itkilər verib. Döyüşlər zamanı 1 milyon 300 min döyüşçü həlak olub, 2769 təyyarə, 4341 tank və zirehli texnika sıradan çıxıb.

Məhz Stalinqrad döyüşlərindən sonra sovet qoşunlarının almanlar tərəfindən işğal olunmuş digər ərazilərə geniş miqyaslı hərbi əməliyyatları planlaşdırılıb. Stalinqraddakı və müharibənin ilk iki ilindəki böyük itkilər hərbi əməliyyatların keçirilməsinə problem yaradıb, həm canlı qüvvə, həm texnika və silah çatışmazlığı Kremli çətin vəziyyətdə qoyub. Vəziyyətdən çıxmaq üçün Dövlət Müdafiə Komitəsində müzakirələr aparılıb, fərqli təkliflər irəli sürülüb. Belə müzakirələrə ali rütbəli hərbçilər, marşal və generallar da dəvət olunub. Komitənin iclaslarının birində marşal Aleksandr Vasilevski İosif Stalinin diqqətini çəkən bir təkliflə çıxış edib:

PN33qoRm6hJxrqVi4ELbUc7o21Sj0WyGzsgYxmYK.jpg (132 KB)

“...Mən belə hesab edirəm ki, geniş miqyaslı hərbi əməliyyatlara partizan dəstələri cəlb edilməlidir. Kiçik dəstə formalarında deyil, vahid komandanlıq altında böyük bir birləşmə kimi. Bunun üçün əvvəlcədən səfərbərlik və əməliyyat planı hazırlanmalıdır. Düşünürəm ki, iki-üç ay ərzində biz bu işin öhdəsindən gələ bilərik...”

Stalin Vasilevskini diqqətlə dinlədikdən sonra Ali Baş Komandanlığın qərargahında fəaliyyət göstərən partizan hərəkatları üzrə baş qərargahın rəhbərliyini yanına dəvət edib. Dörd saatdan artıq davam edən müzakirələrdən sonra Stalin son göstərişlərini verib:

- Tam səfərbəlik və əməliyyat planı hazırlamaq üçün sizin iki ay vaxtınız var. Bütün məsələlər baş qərargah rəhbərliyi ilə razılaşdırılmalıdır. Həftəlik olaraq görülən işlər haqqında Dövlət Müdafiə Komitəsinə yazılı məlumat verilməlidir.

dXX9h0DpGb0wJpm8OuPK3d0vIAToPOkWS13Xxibh.jpg (121 KB)


Beləliklə, iki aydan sonra, 1943-cü ilin sentyabrın əvvəlində Stalinə məsələ ilə bağlı geniş yazılı arayış təqdim olunub. O, arayışın üstünə dərkənar qoyub: “Təsdiq edirəm, icra edilsin”.
Partizan hərəkatının vahid mərkəzdən idarə olunaraq işğal olunmuş ərazilərdə keçirəcəkləri əməliyyata şərti olaraq “Konsert” adı verilib.

Əməliyyata 193 partizan dəstəsi cəlb edilib ki, döyüşçülərin ümumi sayı 120 min nəfəri keçib. “Konsert” əməliyyatı 1943-cü ilin sentyabrın 19-da başlayıb. İlk əməliyyat Belarusiya ərazisində keçirilib, 120 kilometrlik dəmiryol xətti və bu xətt boyunca Vermaxta məxsus olan 9 silah anbarı, 4 əşya və ərzaq anbarı sıradan çıxarılıb.

Növbəti əməliyyat almanlara daha baha başa gəlib. Bu dəfə də alman qoşunları partizanların şücaəti nəticəsində daha böyük itkilərə məruz qalıb. Almaniya kəşfiyyatı nə qədər gərgin işləsə də, zərbənin haradan gəldiyini müəyyənləşdirə bilməyib. Bu zərbələr sovet qoşunlarının dislokasiya yerlərindən gəlmədiyindən partizanların əməliyyatları almanları çaşdırıb.

9Md64uRc2GwWOz6AaOF8gTfonBcAsW1SPOk8hCh3.jpg (128 KB)

“Konsert” əməliyyatı 13 ay davam edib. Bu aylar ərzində partizanlar Belarusiyada, Baltikyanı respublikalarda, Kareliyada, Krımda, Leninqradda şoxsaylı diversiyalar həyata keçiriblər. Əməliyyat xəttinin uzunluğu 900 kilometr, dərinliyi 400 kilometr olub. Əməliyyatlar zamanı almanlara məxsus 1041 qatar, 72 dəmiryol körpüsü, Vermaxtın 58 hərbi qarnizonu, alman hərbçilərinin ərazi üzrə onlarla qərargahı məhv edilib. Bu isə vermaxt qoşunlarının fəaliyyətini iflic edib, sovet qoşunlarının irəliləməsinə şərait yaradıb.

“Konsert” əməliyyatı zamanı SSRİ-nin işğal olunmuş ərazilərində saxlanılan on minlərlə əsir azad olunub. Bununla yanaşı, əməliyyat zamanı əldə edilmiş silah və sursat, hərbi texnika, ərzaq məhsulları və digər qənimətlər partizanlar tərəfindən Dövlər Müdafiə Komitəsinin nəzdində fəaliyyət göstərən Qənimət Komissiyasına təhvil verilib.

5b640613183561cd148b4600.jpg (187 KB)

Mövcud dövrün tanınmış sərkərdələri “Konsert” əməliyyatını yüksək qiymətləndiriblər. Marşal Georgi Jukov əməliyyatla bağlı fikirlərini aşağıdakı kimi bölüşüb:

“Bu əməliyyatın qələbənin təmin olunmasında xüsusi rolu oldu. Partizan dəstələri böyük bir hərbi birləşmənin işini gördü. “Konsert” əməliyyatı təkcə diversiyaların həyata keçirilməsindən ibarət deyildi. Bu əməliyyat zamanı peşəkar Vermaxt hərbçiləri ilə üz-üzə döyüşlər də keçirilib, əsirlər azad olunub, qənimətlər əldə edilib...”

Stalin isə “Konsert” əməliyyatına fərqli münasibət bildirib. 1944-cü ildə “Konsert” əməliyyatında xüsusi fərqlənənlər təltif üçün Kremlə dəvət edilib. Stalin onların qarşısında qısa nitq söyləyib, xidmətlərini dəyərləndirib. Ali Baş Komandan çıxışını bu fikirlərlə bitirib:

973da7a1a7b72dc6ffcc18809ae834f891d18bf5.jpeg (160 KB)

- Siz vətən qarşısında böyük xidmətlər göstərmisiniz. Buna görə də partiyamız və ali komandanlıq sizi ən yüksək mükafatlarla təltif edir. Sizin təltiflərə imza atanda məni bir sual düşündürdü. Bu əməliyyatın şərti adının “Konsert” olması. Mən bilmirəm bu adı kim qoyub. Amma kim qoyubsa, mən həmin adamı alqışlayıram. Siz həqiqətən də adınıza uyğun faşist Almaniyasına əsl konsert nümayiş etdirdiniz.
Görüşün sonunda Stalin qəhrəman partizanlara orden və medallar təqdim edib.
İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR