İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqres Ukraynanın ABŞ silahlarından istədiyi kimi istifadə etməsini istəyir

501 11.07.2024 14:58 Dünya A A

Amerika Konqresi Ukrayna qoşunlarının Rusiya ərazisinə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır.

Musavat.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Amerikanın Səsi radiostansiyasına deyib.

Conson bildirib ki, Ukraynaya verilən silah yardımında məqsəd onun qələbəsinə nail olmaqdır və bunun üçün Kiyev o silahlardan istədiyi kimi istifadə edə bilər.

Bundan əvvəl Böyük Britaniyanın yeni baş naziri Keir Starmer demişdi ki, onun hökuməti dövründə Ukrayna Britaniyanın dəqiq silahları ilə Rusiya ərazisini vurmaq hüququna malik olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR