İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa Elşad Paşasoyu təbrik etdi FOTO

2090 08.05.2024 10:36 Ölkə A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat” Media Qrupunun parlament müxbiri Elşad Paşasoya təbrik məktubu ünvanlayıb.

Tanınmış jurnalistin qarşıdan gələn 50 illik yubileyi ilə bağlı təbrik məktubunda onun yaradıcı fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:

“Hörmətli Elşad müəllim, Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz 1992-1998-ci illərdə filologiya ixtisası üzrə ali təhsil almısınız. Hələ orta məktəb illərindən jurnalistikaya bəslədiyiniz yüksək maraq universitet illərində də davam edib və bu maraq özünüzün də şeir və məqalələrlə çıxış etmənizə səbəb olub. Qısa müddət pedaqoji fəaliyyətlə məşğul olsanız da, yaradıcılığa, jurnalistikaya böyük marağınız sizi mətbuata və ölkə paytaxtına sövq edib. – 1999-cu ildən, paytaxtda çıxan bir sıra populyar qəzetlərlə əməkdaşlıq etmisiniz; həmin ilin sonlarından etibarən “Yeni Müsavat” qəzetində çalışırsınız.

Yubiley yaşınızın tən yarısını əhatə edən jurnalistika fəaliyyətinizdə Qarabağ, Güney Azərbaycan, Qərbi Azərbaycan mövzusu üstünlük təşkil etməkdədir.
Köşə yazılarınız qardaş Türkiyənin mətbuatında da dərc olunub.

Ötən illər içində bir neçə nüfuzlu yazı müsabiqəsinin qalibi olmusunuz.

“Bir bazar günü” adlı kitabınız gün üzü görüb, habelə bir sıra kitabların redaktoru olmusunuz.

Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

e24f238f-d461-4c64-876e-109fda431330.jpg (114 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR