İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiyada hərbi baza yaxınlığında avtomobil partladılıb, ölənlər və yaralananlar var

219 22.07.2023 14:33 Hadisə A A

Kolumbiyanın Arauka departamentində yerləşən Naranjitos hərbi bazası yaxınlığında partlayıcı maddələrin olduğu avtomobil partladılıb.

“Report” xəbər verir ki, bunu departamentin qubernatoru Uilinqton Rodriqes Benavides tviter səhifəsində yazıb.

“Tame bələdiyyəsindən San-Salvador istiqamətində yola düşən zaman partlayıcı maddə olan avtomobil Naranjitos hərbi bazasına çatmamış partlayıb. Nəticədə avtomobildə olan 2 nəfər ölüb, 4 hərbçi yaralanıb. Yaralananların vəziyyəti stabildir”, - o bildirib.

Qubernatorun sözlərinə görə, hazırda bu terror aktının təşkilatçıları barədə məlumat yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR