İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın evində qalmaqal: naməlum qadın peyda oldu

1619 07.06.2026 21:41 Dünya A A

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın yaşadığı ünvanda qalmaqallı hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan bildirib ki, ailənin tanımadığı Knarik Petrosyan adlı qadının həmin ünvanda qeydiyyatda göstərilməsi ciddi suallar doğurur.

Onun sözlərinə görə, ailədə belə ad və soyadlı şəxs yoxdur və həmin qadının bu ünvanda qeydiyyatda olması mümkün deyil. Mikoyan bunu seçici siyahılarında əlavə şəxslərin qeydiyyata alınması praktikasının növbəti nümunəsi kimi qiymətləndirib.

Məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyi də açıqlama yayıb. Qurumdan bildirilib ki, sözügedən ünvanda əsas yaşayış evi ilə yanaşı ayrıca torpaq sahəsi və fərqli tikili də mövcuddur. Seçici siyahısında adı görünən qadının həmin tikilinin sahibi olduğu və buna görə də qeydiyyatda yer aldığı qeyd edilib.

Hadisə seçki öncəsi seçici siyahılarının dəqiqliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR