İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın adamı: “Lavrovun Ermənistana ultimatum verməyə haqqı yoxdur”

1148 06.03.2024 16:19 Region A A

“Sergey Lavrov Ermənistanla bağlı yanlış bəyanatların müəllifidir. Mən onun bəyanatlarına cavab vermək belə istəmirəm”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Ermənistan bloku” fraksiyasının katibi Artsvik Minasyan danışıb.

Rusiya xarici işlər nazirinin “Ermənistan ya bizimlədir, ya da bizimlə deyil, artıq qərarını verməlidir” sözlərinə cavab olaraq Minasyan bunları deyib:

“Bu cür tələblər sadəcə olaraq rədd edilməlidir. Ermənistan Rusiyanın bu regiondakı rolunu obyektiv şəkildə gözardı edə bilməz. Əks halda Türkiyə-Azərbaycan tandemi Ermənistanın məhvinə yol açacaq. Lavrovun isə ultimatum qoymağa haqqı yoxdur və o, başa düşməlidir ki, Rusiya ilə Ermənistan arasındakı münasibətləri şəxsiyyət müəyyən etmir. Hesab edirəm ki, bu, Rusiya üçün də yanlış yanaşmadır”, - deyə Artsvik Minasyan qeyd edib.

Revanşist deputatın sözlərinə görə, Lavrovun “Ermənistan Qarabağı birdəfəlik itirib” açıqlaması sadəcə olaraq qəbuledilməzdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR