İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə partlayışlar olub

560 08.07.2024 14:37 Dünya A A

Şahidlər Kiyevdəki Julyanı hava limanı yaxınlığında partlayışlar olduğunu bildiriblər.

Paytaxtda bir neçə dəfə partlayış səsləri eşidilib, onlardan biri də Julyanı hava limanı yaxınlığında baş verib.

Bu barədə "TASS" məlumat yayıb.

"Julyanı hava limanının yaxınlığında güclü partlayış baş verib, Kiyevin özündə də bir neçə partlayış olub. Hava hücumundan müdafiə sistemi aktiv işləyir", - deyə rəsmilər açıqlama verib.

Başqa bir şahid "Julyany hava limanı yaxınlığında hava hücumundan müdafiə raketlərinin partladığını gördüm" - deyib.

Bundan əvvəl şəhərin meri Vitaliy Kliçko Telegram kanalında partlayışlar barədə məlumat yayıb. /BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR