İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev üçün kabus gəldi - CNN

1744 14.05.2024 00:41 Dünya A A

CNN xəbər verir ki, Rusiya qüvvələrinin eyni vaxtda bir neçə istiqamətdə uğurlu irəliləməsi fonunda Kiyev üçün vəziyyət gündən-günə pisləşməkdə davam edir.

Musavat.com xəbər verir ki, dünyaca ünlü telekanalın şərhində qeyd olunur ki, Rusiya qoşunları Xarkov istiqamətində uğurla irəliləyir, yaşayış məntəqələrini tuturlar. Telekanalın hesablamalarına görə, bu, xüsusi əməliyyatın ilk günlərindən bəri ən sürətli templə hücumdur.

Məlumatda əlavə edilir ki, Rusiya digər sahələrdə də irəliləyiş əldə edərək, Ukrayna Silahlı Qüvvələrini öz mövqelərindən geri çəkilməyə məcbur edir.

"Kiyev üçün kabus gəldi", deyə telekanal yekunlaşdırır.

CNN etiraf edir ki, sonrakı geri çəkilmə Kiyev və Qərbin Ukraynanın Donetsk vilayətinin bir hissəsi hesab etdiyi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan bütün DXR ərazilərinin itirilməsinə gətirib çıxaracaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR