İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişilərdə 365, qadınlarda isə 300 dəqiqə... - Maraqlı STATİSTİKA

1414 27.10.2023 15:16 Maraqlı A A

"Vkontakte" komandası "VK Messenger"də audio mesajların istifadəsi ilə bağlı maraqlı statistika paylaşıb.

Musavat.com Ixbt.com-a istinadən xəbər verir ki, 2023-cü ilin əvvəlindən 39 milyon insan bu funksiyadan istifadə edərək 13,2 milyard səsli mesaj göndərib.

Məlumata görə, bu il "VK Messenger" istifadəçilərinin 40 faizi səsli mesaj göndərib. Bu funksiyanın ən aktiv istifadəçiləri həftədə orta hesabla 107 belə mesaj yazır.

Belə ki, qadınlar kişilərdən daha tez-tez (60 faiz) səsli mesaj göndərir.

Eyni zamanda, ən uzun səsli mesaj - 356 dəqiqə bir kişiyə, 300 dəqiqə isə qadına məxsusdur.

Qeyd olunub ki, belə mesajları qəbul edənlərin yarısı onları mətnə ​​köçürmək funksiyasından istifadə edir. İstifadəçilər qəbul edilən səsli mesajların üçdə birini transkripsiya edir. 

Səsli mesajlar ən çox "Android" əməliyyat sistemi ilə işləyən smartfonlardan göndərilir - 56 faiz, "iOS"da isə bu, 44 faizini təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR