İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişidən zorla 100 manat alan 3 yeniyetmə tutuldu

758 21.05.2024 12:36 Hadisə A A

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Musavat.com Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, mayın 19-da səhər saatlarında şəxsin (kişi) evinin girişində soyğunçuluq yolu ilə 100 manatının talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilən tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR