İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi və qadınlarda çox rast gəlinən xərçəng növləri açıqlandı

1116 07.05.2023 22:42 Səhiyyə A A

Kişilər və qadınlar fərqli onkoloji xüsusiyyətlərə malikdir.

Publika.az xəbər verir ki, bu qənaətə “Evroonko” klinikalar şəbəkəsinin mütəxəssisləri xərçəng xəstəliyinin statistikasını və xəstələrin müraciətlərini təhlil etdikdən sonra gəliblər.

Beləliklə, statistikaya görə, kişilərdə bədxassəli neoplazmalar daha çox traxeyada, bronxlarda, ağciyərlərdə (17%) və prostatda (16%) rast gəlinir. Qadınlara isə əsasən döş xərçəngi (23%), melanoma istisna olmaqla dəri xərçəngi (14%) və uşaqlıq yolu xərçəngi (8%) diaqnozu qoyulur.

Ekspertlər qeyd edib ki, 2020-2021-ci illər ərzində xəstələnmə strukturunda ciddi dəyişiklik baş verməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR