İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşiş xalqa səsləndi, vəziyyət gərginləşdi - VİDEO

1171 10.06.2024 00:47 Son xəbər A A

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi qrup polis kordonunu aşaraq Baqramyan prospekti ilə Dəmirçyan küçəsinə gedib.

Musavat.com xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb. Sayt qeyd edir ki, yürüş iştirakçıları kordonun o biri tərəfində, parlament binasının yaxınlığında qalan qrupa qoşulmaq istəyirlər. Amma burada da onlara yol açılmayıb. 

Qeyd edək ki, Baqrat Qalstanyan insanları parlament binasının ətrafında toplaşmağa çağırıb.

Keşiş erməni xalqına səslənərək deyib: “Mən bütün soydaşlarımızı bura, Baqramyan-Dəmirçyan küçələrinin kəsişməsinə toplaşaraq öz vətəndaşlıq borclarını yerinə yetirməyə çağırıram”. 

Məhz bu çağırışdan sonra Dəmirçyan küçəsinin yaxınlığında vəziyyət gərginləşib. 

Etirazçılar parlament binasından yan keçmək qərarına gəliblər - polis kordonları əvvəlcə etirazçıların ora doğru hərəkət etməsinə mane olub. Bu barədə jurnalist Hayk Arutyunyan məlumat yayıb.

"İndi aksiyaçılar Ermənistan parlamentinin arxasına, xidməti girişinə doğru gedir", -deyə o əlavə edib.

 

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR