İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşiş Baqrat + Qarabağ klanı = Yeni müharibə, yeni “Dəmir qapaz”!

1322 10.05.2024 14:17 Siyasət A A

Kapitulyant ölkədə məlum revanşist çevrələr yenə odla oynayır. Bu dəfə erməni kilsəsinin, keşiş Baqratın önə verildiyi etirazların tezliklə pik həddə çatacağı gözlənilir. Özü də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıda ilk dəfə olaraq, konkret sülh sənədi layihəsinin müzakirəsinə başlaması fonunda.

Təsadüfmü? Əlbəttə, yox.

Tarixən terror və fitnə-fəsad yuvası olmuş erməni katolikosluğu daxil, radikal-revanşistlərin, özəlliklə Qarabağ klanı və daşnakların bunca fəallaşmasının bir səbəbi də elə sülh müqaviləsini əngəlləməkdir. Strateji hədəf isə iki qonşu xalq arasında düşmənçiliyin bitməsinə imkan verməmək, onu əbədi etməkdir.

Yəni İrəvanda meydan sulayanlar həmişəki şər qüvvələr, şeytana, iblisə qulluq edənlərdir ki var!

Əfsus ki, Ermənistandakı təzə-köhnə müxalifətə dəstək verən, vəziyyəti körükləyənlər arasında xarici güclər də az deyil. Kimlər?

Ən əvvəl Qazaxın 4 kəndi, sərhədlərin delimitasiyası ilə bağlı Bakı və İrəvan arasında 19 aprel anlaşamasından razı qalmayan, bu anlaşmanı hamıdan axırda, “xala xətrinə” təqdir edən ölkələr – Rusiya, İran, Fransa. Məlum oyub ki, heç keşiş Baqratın özü Ermənistan yox, Kanada vətəndaşıdır...

Şübhəsiz, son söz erməni xalqının əksəriyyətinindir. Gələcəklə bağlı heç bir proqramı olmayan, “biz sülh gündəliyinə sadiqik” kəlməsini dilə belə gətirməyən, yalnız baş nazir Nikol Paşinyanı devirib hakimiyyətə gəlməyi hədəfləyənləri geniş kütlə dəstəkləyərmi? “Müharibə partiyası”nı, avantüristləri təzədən iqtidar edərmi? Sual budur.

Edəcəksə, o zaman ağır bədəlinə də gərək hazır olsunlar. Ermənilər geçəkdənmi bunca unutqandır? Azərbaycan indi 90-cı illərin daxili didişmələrlə əldən düşmüş, düz-əməlli silahlı qüvvələri, güclü mərkəzi hakimiyyəti olmayan Azərbaycan deyil. “Dəmir yumruq”, dəmir iradə, komandoslar, milli birlik və s., şükür Allaha, hamısı yerində. Üstəgəl, savaş tərəfdarlarının Ermənistanda zorakı yolla hakimiyyətə gəlişi Bakını bir daha haqlı çıxaracaq, beynəlxalq səviyyədə əlimizi gücləndirəcək...

Necə deyərlər, can özlərinin, cəhənnəm Tanrının. Ancaq Paşinyanın da “tez sınan qoz” olmadığını yəqin ki, radikal-revanşist kəsim yaxşı bilir. Əksinə, təcrübədən bəllidir ki, Nikol özü vaxtaşırı pozucu müxalifət üzərində “qoz sındırmağı” sevir.

Bu dəfə də eyni sonluq istisna deyil. Başının dəstəsi ilə ara qarışdıran, ölkəni növbəti fəlakətə sürükləyən təxribatçı keşiş Baqrat Srbazyanın həbsi də mümkündür. Artıq onun haqqında cinayət işi açıldığı deyilir. Çünki Paşinyanın əlində olduqca ciddi avantajı, kozırı var.

Bu da odur ki, Paşinyan öz xalqına neçə ildir mifik Ermənistan yox, qonşularla dinc-yanaşı mövcud olmağı bacaran, beynəlxalq hüquqa uyğun konstitusiyaya malik, 29.7 min kv km-lik real Ermənistan qurmağı təklif edir. Əks təqdirdə gec-tez müharibənin qaçılmaz olacağını yorulmadan soydaşlarına anlatmaqda, xəbərdarlıq etməkdədir. Həm də legitim müharibənin! Yəni məhz ermənilərin səbəb olacağı mənasız müharibə.

“Hakimiyyət pisdir, biz yaxşı, bizim ardımızca gəlin” bağırmaqla iş bitmir. Gərəkdir ki, sən niyə yaxşısan”ı izah və sübut edəsən. Daşdan keçən dəlilərlə...

Z.SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR