İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kəpəz" üçün iki yeni legioner Gəncəyə gəldi - FOTO FAKT

553 01.10.2023 19:36 İdman A A

Premyer Liqanın 8-ci turu çərçivəsində "Kəpəz" doğma meydanda "Qəbələ"ni qəbul edir.

Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanı izləyənlər arasında "Kəpəz"in iki yeni transferi də yer alıb.

Söhbət malili forvard Adama Diane və portuqaliyalı qolkiper İqor Rodrogesdən gedir.

Afrikalı hücumçunun son klubu İranda “Nassaji” klubu olub.

O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb.

Adama peşəkar karyerasında meydana çıxdığı 204 görüşdə 49 qol, 13 asistlə yadda qalmağı bacarıb.

Avropalı qapıçının isə son klubu ölkəsində “Feyrense” olub. O, həmçinin Portuqaliyanın “Şaviş”, “Eştoril”, “Sportinq Kovilya” klubunda və “Benfika”nın əvəzedici heyətində çıxış edib.

Hər iki legionerin növbəti tur üçün sifariş olunacağı gözlənilir.//Sportinfo.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR