İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş və gələcək arasında SEÇİM (ermənilər üçün) - DEPUTATIN YAZISI

1182 14.08.2023 11:01 Yazarlar A A

Bu foto 1991-ci ildə Parisdə çəkilib. Erməni diasporunun aksiyasıdır, “Azərbaycanın Qarabağı blokadaya almasına” həsr olunub…

artist.jpeg (383 KB)

Bu aksiyalardan sonra ermənilər Qarabağ və Şərqi Zəngəzurdakı rayonları işğal edə bildilər və Ermənistanla birləşdilər. Azərbaycanın uduzmasının səbəbləri çoxdur, amma əsas səbəb güclü dövlətin və güclü liderin olmaması idi, xalqın, əsgərin “sahibsiz” qalması idi.

30 ildən sonra Azərbaycan vəziyyəti 30 il əvvəlki vəziyyətə qaytara bildi. Hətta daha çoxunu belə bacardı. Bizim hazırda nəzarət etdiyimiz torpaqlara və hərbi yüksəkliklərə o vaxt nəzarət edə bilmirdik. Səbəblər çoxdur, amma əsas səbəb Ali Baş Komandanın dəmir iradəsi, siyasi bacarığı və Azərbaycan xalqının, qəhrəman əsgərlərimizin daim onun yanında olması oldu. İndi artıq güclü liderimiz, ordumuz, iqtisadiyyatımız var.

aksiyalar.jpg (116 KB)

İndi sanki tarix yenidən təkrarlanır. Ermənilər yenə özlərinin 30 il əvvəlki köhnə metodları ilə hərəkətə keçiblər. Yenə həmin aksiyalar, şikayətlər, “acından ölürük”, “blokada” şouları və s… Yəni görünən odur ki, ermənilər heç dəyişməyiblər. Bəzən elə gəlir ki, ermənilər üçün zaman anlayışı yoxdur… onların saatı dayanıb elə bil.

Azərbaycan isə əksinə, keçmişdə buraxılan səhvlərdən çox böyük ölçü götürülüb, həm dövlət olaraq, həm də xalq olaraq. Azərbaycan artıq dünyada nüfuzu olan güclü liderə, müharibədə hər şeyindən qurban keçə bilən qalib xalqa, hər bir layihəni maliyyələşdirə bilən iqtisadiyyata, etimada əsaslanan müttəfiqlərə və regionda ən güclü orduya sahib olan ölkədir. Ermənilən bu köhnə, bəsit metodları ikrah doğurur. Ya onlar inteqrasiya olunub, inkişaf edərək gəlib orta Azərbaycan səviyyəsinə çatacaqlar, ya da gedib Ermənistanda keçmişdə yaşayacaqlar. Onlar keçmiş və gələcək arasında seçim etməli olacaqlar.

Bizim isə yolumuz birdir: inkişaf etmək, güclü olmaq, liderlik etmək.

tahir.jpg (82 KB)

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR