İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş sevgilisi tanınmış jurnalistlə bağlı prokurorluğa MÜRACİƏT ETDİ

691 07.07.2026 14:22 Dünya A A

Türkiyəli jurnalist Barış Pehlivan keçmiş sevgilisinin şikayətindən sonra hüquqi araşdırmanın predmetinə çevrilib.

Musavat.com xəbər verir ki, keçmiş sevgilisi B.A. prokurorluğa müraciət edərək, ayrıldıqdan sonra Pehlivanın onu davamlı narahat etdiyini, sosial media hesablarına müdaxilə etməyə cəhd göstərdiyini və şəxsi telefon nömrəsini başqa şəxslərlə paylaşdığını iddia edib.

Şikayət ərizəsində B.A. bildirib ki, münasibətlər bitdikdən sonra Barış Pehlivan müxtəlif telefon nömrələrindən onunla əlaqə saxlamağa çalışıb. O, həmçinin elektron poçt hesabından istifadə edilməklə sosial media hesabına giriş cəhdinin olduğunu və telefon nömrəsinin başqa qadınlara verildiyini iddia edib.

Bu müraciətdən sonra İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən "davamlı təqib" və "şəxsi həyatın toxunulmazlığının pozulması" iddiaları üzrə araşdırma başlanılıb. İstintaq çərçivəsində Pehlivanın mobil telefonu götürülsə da, xəbərlərə görə o, telefonun şifrəsini təqdim etməyib.

Məlumata görə, telefonun ekspertiza yolu ilə araşdırılmasının mümkün olmaması, kifayət qədər sübutun əldə edilməməsi və şikayət müddətinin başa çatması nəzərə alınaraq iş üzrə cinayət təqibinin başlanmaması barədə qərar qəbul edilib.

Barış Pehlivan isə səsləndirilən bütün iddiaları qəti şəkildə rədd edib. O, heç kimi təqib etmədiyini bildirib və prokurorluğun cinayət təqibinin başlanmaması barədə qərarını günahsızlığının təsdiqi kimi qiymətləndirib. Hazırda onun barəsində bu ittihamlarla bağlı məhkəmə hökmü yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR