İnsanlara hürriyət, millətlərə istiqlal!

 Keçmiş səfirdən önəmli açıqlama: “İran inadkarlığından əl çəkəcək”  

749 14.06.2023 16:49 Siyasət A A

 

“İran sərhədlərindən şimalda və ümumiyyətlə, bölgədə gedən proseslərdən çox narahatdır. Rəsmi Tehranın yanaşması budur ki, Azərbaycan problemlərini həll etməyə başlayıbsa, bu, onun üçün yeni problemlər yaradır. İran müstəqilliyimizi təhlükəsizliyi üçün təhdid kimi qəbul edir”.

Bu fikirləri Musavat.com-a Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli  deyib. O hesab edir ki, Zəngəzur dəhlizi böyük layihədir və İranın prosesə təsiri cüzidir: “İpək yolu və Orta Dəhliz layihələri  Çinin marağındadır çünki bu alternativ yol deməkdir. Zəngəzur dəhlizi də böyük güclərin  diqqətində olan layihədir. İran bunu ilk növbədə rəqabət amilinə çevirməyə cəhd edir. Düşünürəm ki, İran bir müddət sonra bu inadkarlığından əl çəkəcək və “qırmızı xətt” dediyi mövqedən geri çəkiləcək. Zəngəzur dəhlizi İran ərazisindən keçmir, yəni bu məsələnin İrana aidiyyəti yoxdur. Buna görə də Ermənistanın, Rusiyanın bu məsələdə daha qərarlı olması lazımdır. Bölgədə qüvvə balansının dəyişməsi problemin həlli üçün yeni imkanlar yaradacaq”.

N.Nəsibli rəsmi Tehranın Ermənistana təzyiq etməsi ilə bağlı səslənən fikirləri də şərh etdi: “Prezident Rəcəb Tayyib Ərdoğanın  Zəngəzur dəhlizi il bağlı son açıqlaması da sübut edir ki, İran Ermənistana təzyiq edir. Əslində, geniş çərçivədə dəyərləndirsək, bu layihə Ermənistan üçün də faydalıdır. İran isə bu məsələyə rəqabət prizmasından yanaşır, lakin bölgə təkcə İrandan ibarət deyil”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR