İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş nazir tələbələrlə görüşdü - FOTOLAR  

1827 30.10.2023 14:49 Dünya A A

 

Türkiyənin məşhur universitetlərindən biri olan Anadolu Universitetində tanınmış siyasətçi, akademik və yazıçı Nabi Avcı ilə universitetin bir qrup tələbələri arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, seminar xarakterli görüş "Mədəniyyət və ünsiyyət" mövzusunu əhatə etdi. Tədbiri giriş sözü ilə açan dəvətin və tədbirin təşkilatçısı, jurnalistika fakültəsinin Kino şöbəsinin müəllimi, eyni zamanda araşdırma köməkçisi doktorant Sibel Turan Akan hər kəsi salamladı və dəvəti qəbul etdiyi üçün akademik Nabi Avciya təşəkkür etdi. Daha sonra çıxış üçün kürsüyə gələn Jurnalistika fakültəsinin dekanı Bülend Aydın Ertekin görüş barədə təəssüratlarını universitetin müəllim və tələbə heyəti ilə bölüşdü.

Anadolu Universitetindən məzun olan akademik, seminar müddətində işlədiyi dövrlərdəki müşahidə və təcrübələrini tələbələrlə bölüşdü, eyni zamanda tələbələrə oxumaları üçün müxtəlif dövrlərin ən önəmli kitablarından bəhs etdi, həmçinin tələblərin suallarını da cavablandırdı. Tədbir sonrası Anadolu Universitetinin rektoru Prof.Dr.Fuat Erdal Musavat.com-a açıqlama verdi:

“Seminar-görüş çərçivəsində mədəniyyət və ünsiyyət mövzusu ilə bağlı dəyərli akademikimiz Nabi hocamızı dinlədik. Nabi hoca həmçinin Mədəniyyət və Turizm naziri vəzifəsində işlədiyi üçün bu mövzu ətrafında dərin bilgiyə sahibdir. Tələbələr üçün yeni üfüqlər və yeni qapılar açacaq bir insandır. Hər zaman sevərək izlədiyim və dinlədiyim akademiklərdən biridir.  Universitetimizdə tez-tez bu səpkidə görüşlər baş tutur. Hər müəllim öz dərsləri çərçivəsində seminarlara bu cür önəmli elm adamlarını dəvət edirlər.  Bu da sevindirici haldır, bu cür dəyərli insanları görmək çox xoşdur”, – deyə rektor bildirib.

 

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR