İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş məcburi köçkünlər arasında boşanmalar niyə artıb?

1155 23.08.2022 21:14 Gündəm A A

Psixoloq Vəfa Rəşidovanın fikrincə, gələn il boşanmaların sayı daha da artacaq ...

2022-ci ilin birinci yarısında Azərbaycanda 7531 boşanma qeydə alınıb, hər 1000 nəfərə 1,5 boşanma düşüb. Bu günlərdə Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd olunub ki,  Bakıda hər 1000 nəfərə 2,2 boşanma rəsmiləşib.

Hər 1000 nəfərə boşanmanın 1,5-dən yüksək olduğu qalan bölgələr bunlardır:

Mingəçevir, Zəngilan – 2,1

Naftalan – 2

Ağdam, Naxçıvan şəhəri, Sumqayıt, Şahbuz – 1,9

Füzuli, Qubadlı, Samux, Şirvan şəhəri, Yevlax – 1,8

Gəncə, Xocalı – 1,7

Cəbrayıl, İsmayıllı, Kəlbəcər, Laçın – 1,6. 

Diqqət çəkəndir ki, statistikada keçmiş məcburi köçkünlər arasında boşanmalar artıb. Halbuki 44 günlük müharibəyə qədər bu rayonlarda boşanmalar indiki kimi çox deyildi. 

Psixoloq Vəfa Rəşidovanın fikrincə, gələn il boşanmaların sayı daha da artacaq. O, Musavat.com-a  açıqlamasında bildirdi ki, boşanmaların sayının artmasında əsas səbəblərdən biri insanların özünü azad, müstəqil hiss etmə istəyi ilə bağlıdır:

“İnsanlar inteqrasiyanı, inkişafı tamam fərqli qəbul edirlər. Qadınlar uğur qazanan kimi boşanmağa meyl edirlər. İqtisadi müstəqillik qadınların düşüncələrinə ciddi təsir edir. Reallığı diqqətlə təhlil etsək, görərik ki, rayonda yaşayan, çalışmayan bir xanım məsələn bir blogerin səhifəsini izlərkən özünün də bunu bacarağını düşünür. Təbii ki, edə bilər. Lakin müstəqilliyə hazır olmaq lazımdır. Bunun yolu boşanmaqdan keçmir. Təəssüf ki, bu gün boşanmanı uğur kimi qəbul edən qadınlar var. Bunun bölgə ilə əlaqəsi yoxdur. Birgəyaşayış zamanı istəkləri bağlı təşəbbüs göstərməyən xanım düşünür ki, boşandıqdan sonra istədiklərini əldə edəcək”.

Psixoloq təəssüf hissi ilə qeyd etdi ki, boşanmaların sayının artmasında təbliğatın da rolu az deyil:

“Psixoloji seminarlarda iştirak edən qadınlar boşanmağı müstəqillik hesab edir. Az mütaliə edən, təhlil qabiliyyəti zəif olan insanlar bu tora düşürlər. İqtisadi təsirlər də var. Lakin maddi durumu o qədər də yaxşı olmayan ailələr var ki,  boşanma haqqında bir an belə düşünmürlər”.

Sosioloq Rəşad Əsgərov hesab edir ki,  boşanmaların dinamikasında sosial-iqtisadi, psixoloji və digər amillər rol oynayır:

meishet-zorakiligina-qarshi-mubarizede-alternativ-formalardan-istifade-etmek-olar-reshad-esgerov

“İşğaldan azad edilən bölgələrin əhalisi arasında psixoloji təzyiq yüksəkdir. 30 il ərzində yaşananlar psixologiyada öz təsiri təbii ki, buraxır. Son illərin statistikasında isə digər amillərin təsiri daha çoxdur. Xasiyyətin, dünyagörüşünün bir-birinə uyğun olmaması, yeni ailə quranlara kənar təsirlər, gənclərin bir-birinə güzəştə getməməsi statistikada özünü göstərir. Bölgələrdə valideynlərin təkidi ilə qohum nikahlarının olması da boşanmaların sayının artmasında ciddi rol oynayır”. 

Nigar HƏSƏNLİ,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR