İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş həmsədr (ABŞ): Fransanın Ermənistana silah satması TƏXRİBATDIR - ŞOK AÇIQLAMA

1454 24.06.2024 20:15 Siyasət A A

Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var, lakin sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Parisin bu addımı Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni təxribatçı elementdir.

Bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “news.am”a müsahibəsində deyib.

O hesab edir ki, Fransa Ermənistanla silah tədarükü ilə bağlı müqaviləni Azərbaycanla sülh sazişi imzalandıqdan sonra bağlamalı idi.

“Ermənistanın müdafiə olunmaq hüququ var, ordusu olacaq, onu ləğv etməyəcək, sərhədlərini istənilən xarici təhlükələrdən qoruyacaq, lakin təəssüf ki, sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”, - Uorlik bildirib./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR