İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçən il “Şahdağ”a 15 min rusiyalı gəlib – Kurort rəhbəri

351 14.03.2024 12:54 Ölkə A A

2023-cü ildə Azərbaycanda “Şahdağ” dağ-xizək kurortunu 15 minə yaxın rusiyalı ziyarət edib ki, bu da ümumi turist axınının yarısıdır. Bu barədə “Şahdağ” turizm mərkəzinin sədri Rüstəm Nəcəfov Soçi dağlarında keçirilən Avrasiyanın dağ kurortları festivalında mediaya məlumat verib.

Onun sözlərinə görə, 2023-cü ilin qış mövsümündə Şahdağ kurortuna 15 min nəəfər rusiyalı gəlib: “Bu, kurorta gələnlərin ümumi sayının 50 faizini təşkil edir, çox yaxşı göstəricidir. Biz onların sayını artırmaq üçün çalışacağıq".

R.Nəcəfov deyib ki, Azərbaycanda xizək sürmə mədəniyyəti yenicə formalaşır:

rustam-najafov-necefov.jpg (20 KB)

"Bizim turistlər üçün axşam xizək sürmək təklifimiz yoxdur. Bu təcrübə Roza Xutor kimi kurortlardan mənimsənilməlidir. Biz həmçinin daha çox turist cəlb etmək və peşəkar idmançılar yetişdirmək üçün xizək məktəbini inkişaf etdirmək istəyirik".

Turizm mərkəzinin sədri xatırladıb ki, “Şahdağ” kurort 2023-cü ilin noyabrında Avrasiya Dağ Kurortları Alyansının dördüncü üzvü olub: "Festival Avrasiya Alyansı çərçivəsində keçirilir. Bu, kurortumuzun komandası üçün ikinci tədbirdir; Azərbaycan festivalda 12 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Ümid edirik ki, növbəti belə festivala ev sahibliyi edə biləcəyik”.

Avrasiyada ilk dağ kurortları festivalı martın 13-dən 17-dək Soçidəki “Rosa Xutor” kurortunda keçirilir. Festivalda Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistandan olan kurortların, hakimiyyət orqanlarının və inkişaf institutlarının nümayəndələri iştirak edirlər. Biznes proqram çərçivəsində iştirakçılar xüsusi mühafizə olunan təbiət ərazilərində turizmin davamlı inkişafı yollarını, sənaye siyasətinin milli xüsusiyyətlərini, ekoloji və turizm icmaları arasında tərəfdaşlıq və digər məsələləri müzakirə edəcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR