İnsanlara hürriyət, millətlərə istiqlal!

Kavanodan SENSASİON AÇIQLAMA: "İlham Əliyev başa düşdü ki..."

1968 29.09.2023 13:06 Siyasət A A

"Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev hərbi əməliyyatlara başlaya biləcəyini və ciddi müqavimətlə üzləşməyəcəyini anladı. O, problemi hərbi yolla həll etmək üçün əlverişli səbəb gözləyirdi və onu dəyərləndirdi".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, Kentukki Universitetinin Patterson Diplomatiya Məktəbinin professoru Keri Kavano tərəfindən səslənib.

Keçmiş diplomatın sözlərinə görə, Azərbaycan üçün ilk siqnal Laçın dəhlizinin bağlanmasından sonra onun yenidən açılması yönündə hər hansı təzyiqlə üzləşməməsi oldu.

Kavanonun fikrincə, hazırda baş verənlər bu yöndə kifayət qədər səy göstərməyən və kifayət qədər addım atmayan vasitəçilərin uğursuzluğudur. Digər tərəfdən, ABŞ və Avropa tərəflərə heç bir həll yolu təqdim etmədi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR