İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasparov: “Putinə qarşı qiyam qaldıran Priqojin yox, öz yaxın ətrafı idi”

856 14.07.2023 21:28 Siyasət A A


 “Bu, daxili mübarizənin əksi idi. Priqojinin arxasında kimin dayandığını bilmirəm, amma bunlar generallar deyil, Putinin yaxın çevrəsindən olan biri idi”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlərin müəllifi şahmat üzrə keçmiş dünya çempionu, Putin rejiminə qatı müxalif Harri Kasparovdur.

“Ukraynada baş verənlərdən kim narazıdır. Ona görə yox ki, orada insanlar öldürülür. Müharibə sadəcə olaraq yanlış istiqamətdə gedir. Hələ uduzulmayıb, amma proses ona doğrudur. Və bu insanlar nəhəng pul axınına nəzarət etməyə öyrəşiblər. Sanksiyalar onlara dəhşətli zərbə vurub. Bu, (Priqojin qiyamı-red.), Putinə hər şeyin yanlış getdiyini göstərmək üçün idi",- deyə Kasparov bildirib.

Tanınmış şahmatçının sözlərinə görə, Putinin hazırkı mövqeyi Rusiya prezidenti üçün kifayət qədər acınacaqlıdır.

“Əgər siz şahmat vəziyyətini götürməyə çalışırsınızsa, yaxşı gedişlər olmadığı zaman bu, suqsvanqa daha yaxındır. Nə etsən, vəziyyət daha da pisləşir. Lakin Putin vəziyyəti daha da pisləşdirərək ölkəni də özü ilə çəkir. Rusiya ona zəncirlənib – prezident aşağı düşür, bütün ölkə isə onun arxasınca çəkilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR