İnsanlara hürriyət, millətlərə istiqlal!

Karapetyandan Paşinyanla bağlı SENSASİON SÖZLƏR

1254 03.06.2024 16:45 Son xəbər A A

“Paşinyan rejimi bütün sahələrdə: orduda, hökumətdə və iqtisadiyyatda uğursuzluğa düçar olub”.

Musavat.com xəbər verir ki, bunu Ümumerməni Cəbhəsi hərəkatının və partiyasının lideri, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan deyib.

“Nikol Paşinyan dövründə Ermənistanın xarici borcu yeni rekord qıraraq 12 milyard dollar həddini keçib. Bu məbləğlərin hara getdiyi bəlli deyil: onlar mütləq iqtisadiyyatın real sektoruna, yeni iş yerlərinin açılmasına, sosial-iqtisadi problemlərin yumşaldılmasına yönəldilməyib. Bu məbləğlər dolayısı ilə 13-cü maaşlar vasitəsilə Paşinyanın partiyasının üzvlərinin ciblərinə axıdılır və korrupsiya sxemləri ilə Ermənistan hakimiyyətinin ofşor hesablarına köçürülür.

Paşinyanın dövründə Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir - ölkənin regionlarında iş yerləri yoxdur, kəndlər məhv olur, miqrasiya artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Ordu qeyri-peşəkar kadrlar hesabına zəifləyir. Belə ki, ölkənin müdafiə naziri ixtisasca tarix müəllimidir və hərbi işlərlə, ordu idarəçiliyi ilə heç bir əlaqəsi yoxdur. Paşinyan daim yeni silahlar elan edir, lakin bu bəyanatlar yalnız kağız üzərində qalır. Ermənistan silahlı qüvvələrinin zabitləri maaşlarının az olması səbəbindən kütləvi şəkildə ölkəni tərk edirlər. Ordu və zabitləri adekvat şəkildə maliyyələşdirmək əvəzinə bu gün İrəvan küçələrində Paşinyanın hakimiyyətini müdafiə edən polisin maliyyələşdirilməsinə milyardlar xərclənir”, - deyə Karapetyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR